Zelenski Putinə pilləkəndən səsləndi: <font color=red> “Onunla görüşəndə deyəcəm ki...”</font>

Dünya

18.06.2019 - 15:00

Ukrayna Prezidenti: "Ümid edirik ki, Krımı yaxın zamanlarda geri qaytaracağıq"

 

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın məşhur “Bild” qəzetinə müsahibə verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, fərqli üslubu ilə seçilən Prezident jurnalistlərin suallarını pilləkəndə əyləşərək cavablandırıb.

 

Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşün baş tutacağı təqdirdə “Donbass və Krım Ukraynanındır” cümləsiylə nitqinə başlayacağını bildirib: “Vladimir Putin ilk olaraq bunu bilməlidir: Donbass və Krım Ukraynanındır. Krım Ukraynadır".

 

"Və biz ümid edirik ki, onu yaxın zamanlarda geri qaytaracağıq. Mən Krımı çox sevirəm. Orada dəfələrlə olmuşam. Bu, öz təbiəti və tarixi ilə Ukraynada unikal ərazilərdən biridir. Həmişə Ukraynanın olub və olacaq” - deyə Ukrayna Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az