“ABŞ-ın Suriya üzrində heç bir təsiri olmayacaq”
Suriya Xarici İşlər Nazirinin köməkçisi Faysal Məkdad ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarını tənqid edib.
AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Məkdad kürdlərin Türkiyənin əməliyytalarını bəhanə edərək Suriyaya xəyanət etdiklərini bildirib.
Məkdad yerli mətbuata verdiyi açıqlamasında ABŞ-ın Suriya üzərindəki təsirlərinə toxunub: “Özlərini xarici qüvvələrə satanlarla heç bir danışıqlar apara bilmərik. ABŞ-ın Suriya torpaqlarında heç bir təsiri olmayacaq”.