Şaman Moskvaya gedir - <font color=red> Putini devirməyə</font>

Dünya

30.07.2019 - 10:35

Yakutyalı şamanın Moskvaya gələn ilin may ayında çatacağı gözlənilir

 

Aleksandr Qabışev artıq yarım ildir ki, "Quzğun" adlı iti ilə birlikdə Moskvaya doğru piyada yol gedir. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, o, Moskvaya çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putini devirmək niyyətindədir. 

 

"Putini qovmaq lazımdır, hər şey o zaman yoluna düşəcək, mən buna inanıram", - deyə Şaman bildirir. 

 

Onun Moskvaya çatması üçün hələ 6 min kilometr də qət etməsi lazımdır. Maraqlısı odur ki, şamana yolda sıravi vətəndaşlar da qoşulurlar. Onlar birlikdə mitinqlər keçirir, Putinin əleyhinə şüarlar səsləndirirlər. 

 

Yakutyalı şamanın Moskvaya gələn ilin may ayında çatacağı gözlənilir. Hazırda isə Ulan-ude şəhərindədir.

Müəllif: Ayna.az