Almaniyadan Türkiyə barədə etiraf

Dünya

30.08.2019 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

Merkel: “Türkiyə çox sayda mühacir qəbul edib”

 

Almaniya Kansleri Angela Merkel ilə Yunanıstanın Baş Naziri Kiriakos Miçotakis arasında Berlində görüş olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, görüşdən sonra hökumət rəhbərlərinin mətbuat konfransı baş tutub.

 

Bir sıra məsələlərin müzakirə olunduğu görüşdə, son zamanların ən qlobal problemlərindən biri olan mühacir mövzusuna da toxunulub. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bu məsələ ilə bağlı tez-tez müzakirə apardıqlarını deyib.

 

“Mühacirlərə yardım etmək mövzusunda Türkiyə ilə davamlı əlaqədə olacağıq. Çünki Türkiyə son dönəmlər, həqiqətən də çox sayda mühacir qəbul edib”, - deyə Kansler əlavə edib.

Müəllif: Ayna.az