Əbdüləziz bin Salman həkim nəzarətindədir
Səudiyyə Ərəbistanının Kralı Əbdüləziz bin Salman xəstəxanaya yerləşdirilib. AYNA xarici mediaya istinadən bildirir ki, Kral öd kisəsinin iltihabı səbəbindən müayinədən keçmək üçün Ər-Riyaddakı Kral Faysal Xəstəxanasına aparılıb.
Məlumata görə, Kral həkimlərin nəzarəti altındadır. Onun səhhəti barədə əlavə məlumat veriləcək.