Hadisə nəticəsində 2 nəfər həlak olub, 9 nəfər ağır yaralanıb
Suriyanın Azez rayonunda sərnişin avtobusu partladılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həlak olub, 9 nəfər ağır yaralanıb.
Yerli polislərin də xəsarət aldığı avtobusun, sərnişinləri işə apararkən partladıldığı bildirilir. Partlayış nəticəsində yaralananların vəziyyətinin ağır olduğu qeyd olunur.
Məlumat üçün bildirək ki, Türkiyənin Kilis şəhəri ilə həmsərhəd olan Azez rayonu, 2012-ci ildən bəri Azad Suriya Ordusunun (ASO) tabeliyindədir. ASO-ya da Türkiyə nəzarət edir.