ABŞ-da hərbi təlim zamanı üç hərbçi ölüb

Dünya

20.10.2019 - 23:42

“Bradley” zirehli maşınının qəzası nəticəsində faciə baş verib

 

ABŞ-ın Corciya ştatında hərbi təlimdə baş verən qəza nəticəsində üç əsgər ölüb, üçü yaralanıb. AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “WKRG” telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, faciə hərbi poliqonda keçirilən təlimdə “Bradley” zirehli maşınının qəzası nəticəsində baş verib. Üç hərbçi hadisə yerində dünyasını dəyişib, yaralanan üç hərbçi isə xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif: Ayna.az