Mayk Pens: "ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”
ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verib.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı razılığa gəlib. “ "Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”, - deyə Pensin açıqlamasında bildirilir.
O əlavə edib ki, Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-in tamamilə yox edilməsi barədə də ortaq fikrə gəlib.