Terrorçu Əsədulla Orakzai Pakistanla sərhəddə yerləşən Nanqaxar əyalətində zərərsizləşdirilib
Əfqanıstanda İŞİD terror təşkilatının “Xorasan şöbəsi”nin kəşfiyyat rəisi məhv edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyindən açıqlama verilib.
Terrorçu Əsədulla Orakzai Pakistanla sərhəddə yerləşən Nanqaxar əyalətində zərərsizləşdirilib. Avqustun 1-də axşam keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terrorçusu öldürülüb.
Əfqanıstanda hücumların təşkilində və İŞİD rəqiblərinin bir çoxunu öldürdüyünə görə Orakzai “Qəssab" ləqəbi almışdı.
“Əfqanıstanın regional və beynəlxalq tərəfdaşları bu ölkənin terrorizmlə mübarizədə əsas rol oynadığını unutmamalıdırlar. Terrorçuları və onların şəbəkələrini məhv etməyə davam edəcəyik”, - deyə Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyinin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, mayın 26-da İraqda İŞİD-nin yerli lideri Muataz əl-Caburinin məhv edildiyi açıqlanmışdı.