Saakaşvili barəsində həbs qərarı verilib

Dünya

08.08.2019 - 20:43

Həkimlər Klinikalar SEO Xidməti

6 il müddətinə həbs...

 

Gürcüstan Ali Məhkəməsi Mixail Saakaşvilinin işi üzrə məhkəmə prosesini yekunlaşdırıb. AYNA APA-ya istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, sabiq prezident zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və bir qrup şəxsə qarşı qəsdən ciddi zərər vurma maddələri ilə təqsirləndirilərək 6 il müddətinə həbs cəzası almasına dair Tbilisi Apelyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərarını təsdiqləyib.
 
Məhkəmədə sabiq prezidentin Gürcüstan parlamentinin keçmiş üzvü Valeri Gelaşviliyə qarşı cinayət törətməsi sübuta yetirilib. Qeyd olunub ki, Valeri Gelaşvilinin “Rezonans” qəzetində dərc etdiyi məqaləsində M.Saakaşvilinin şəxsi həyatı haqqında təhqiramiz ifadələr işlətməsindən sonra o sabiq müdafiə naziri İrakli Okruaşvilidən Valeri Gelaşvilinin cəzalandırılmasını istəyib, lakin İrakli Okruashvili bunu rədd edib. Bundan sonra Mixeil Saakaşvili Valeri Gelaşvilinin cəzalandırılması üçün Gürcüstanın Daxili İşlər Naziri İvane Merabişviliyə fiziki hücum əmri verib. Tapşırığın ardından İvane Merabişvili 15 iyul 2005-ci ildə Mixeil Saakaşvilinin tapşırığının yerinə yetirilməsini təmin edib. Belə ki, qurumun xüsusi təyinatlı silahlı üzvləri Tbilisinin Mirtsxulava küçəsində hərəkət edərkən Valeri Gelaşvilinin nəzarətində olan nəqliyyat vasitəsini mühasirəyə alaraq ona hücum ediblər. Nəticədə sabiq millət vəkili Valeri Gelaşvili həyati təhlükəsi olan ağır bədən xəsarəti alıb.
Gürcüstan Ali Məhkəməsi Mixail Saakaşvilinin işi üzrə məhkəmə prosesini yekunlaşdırıb.
Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, sabiq prezident zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və bir qrup şəxsə qarşı qəsdən ciddi zərər vurma maddələri ilə təqsirləndirilərək 6 il müddətinə həbs cəzası almasına dair Tbilisi Apelyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərarını təsdiqləyib.
 
Məhkəmədə sabiq prezidentin Gürcüstan parlamentinin keçmiş üzvü Valeri Gelaşviliyə qarşı cinayət törətməsi sübuta yetirilib. Qeyd olunub ki, Valeri Gelaşvilinin “Rezonans” qəzetində dərc etdiyi məqaləsində M.Saakaşvilinin şəxsi həyatı haqqında təhqiramiz ifadələr işlətməsindən sonra o sabiq müdafiə naziri İrakli Okruaşvilidən Valeri Gelaşvilinin cəzalandırılmasını istəyib, lakin İrakli Okruashvili bunu rədd edib. Bundan sonra Mixeil Saakaşvili Valeri Gelaşvilinin cəzalandırılması üçün Gürcüstanın Daxili İşlər Naziri İvane Merabişviliyə fiziki hücum əmri verib. Tapşırığın ardından İvane Merabişvili 15 iyul 2005-ci ildə Mixeil Saakaşvilinin tapşırığının yerinə yetirilməsini təmin edib. Belə ki, qurumun xüsusi təyinatlı silahlı üzvləri Tbilisinin Mirtsxulava küçəsində hərəkət edərkən Valeri Gelaşvilinin nəzarətində olan nəqliyyat vasitəsini mühasirəyə alaraq ona hücum ediblər. Nəticədə sabiq millət vəkili Valeri Gelaşvili həyati təhlükəsi olan ağır bədən xəsarəti alıb
Müəllif: Ayna.az