Britaniya parlamenti "Brexit" haqqında yeni qanun layihəsini qəbul etdi

Dünya

23.10.2019 - 00:49

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub

 

Britaniya deputatları "Brexit" haqqında yeni qanun layihəsini dəstəkləyiblər.

 

AYNA "Report"a istinadən xəbər verir ki, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. İcmalar palatasının 329 üzvü qanunun lehinə səs veriblər. Palatanın 229 üzvü qanun layihəsinə qarşı çıxıb.

 

Bu, Böyük Britaniyanın baş naziri Boris Conson hökumətinin hakimiyyətə gəlişi anından qələbə qazandığı birinci iclas olub.

 

Müəllif: Ayna.az