Fransada koronavirusa yoluxanların sayı artır

Dünya

26.07.2020 - 18:50

Həkimlər Klinikalar SEO Xidməti

Səhiyyə naziri: “Simptomsuz halların miqdarı olduqca çoxdur”

 

Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusa yeni yoluxma hallarının artması ilə bağlı narahatdır. AYNA xarici mediaya istinadən bildirir ki, nazir arzu edən hər kəs üçün testin xərcinin hökumət tərəfindən ödəniləcəyini vəd edib.

 

Veranın sözlərinə görə, hələlik virusun ikinci dalğasının gəlməsindən danışmaq olmaz: “Amma bir neçə gündür pozitiv çıxan analizlərin sayı artır. Son 13 həftədə azalma gedirdi. Kütləvi yoxlamaların gedişində hazırkı xəstələrin birinci dalğa zamanına nisbətən gənc olduqları üzə çıxdı. Simptomsuz halların miqdarı olduqca çoxdur”.

 

Qeyd edək ki, Fransada pandemiyanın başlanğıcından bəri 180 mindən çox yoluxma halı aşkarlanıb. Hazırda hər gün mindən yuxarı yoluxma qeydə alınır. Ölkədə indiyədək 30 min 192 nəfər koronavirus səbəbindən həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş