Kremldən Türkiyə ilə bağlı növbəti açıqlama

Dünya

08.10.2019 - 14:38

Peskov Moskova rəhbərliyinin ABŞ və Türkiyə tərəfindən məlumat almadığını vurğulayıb

 

Kreml sözcüsü Dimitri Peskov ABŞ-ın Suriyadan əsgərlərini çəkməsinə münasibət bildirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Peskov bu gün baş tutan mətbuat konfransında, ABŞ-ın Rusiyaya bu barədə məlumat vermədiyini bidlirib.

 

Peskov Moskova rəhbərliyinin ABŞ və Türkiyə tərəfindən məlumat almadığını vurğulayıb.

 

Kreml sözcüsü onu da əlavə edib ki, Suriyada baş verən son hadisələrlə bağlı, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezdienti Rəcəp Tayyib Ərdoğanla əlaqə yaratmayıb.

Müəllif: Ayna.az