Əfqanıstanda partlayış: <font color=red> Ölən və yaralananlar var</font>

Dünya

22.09.2019 - 09:22

Partlayışın "Taliban" tərəfindən törədildiyi ehtimal edilir

Əfqanıstanda partlayış törədilib.

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın "Talibansilahlıları tərəfindən törədildiyini güman edirlər. 

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb.

Müəllif: Ayna.az