Terror təşkilatı yardım dilənir

Dünya

09.10.2019 - 13:10

Həkimlər Klinikalar SEO Xidməti

“Türkiyə sərhədi keçdiyi təqdirdə şiddətli müqavimətlə qarşılaşacaq"

 

YPG terror təşkilatının liderlərindən olan “Məzlum Kobani” ləqəbli Şahin Cilo Amerikanın “New-York Times” qəzetinə açıqlama verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, YPG qərb mediası üzərindən bütün dünyadan kömək istəyib.

 

YPG-li lider Cilo Ağ Evin açıqlamalarından məyus olduğunu bildirib və Vaşinqtonun onların işinə mane olduğunu vurğulayıb: “ABŞ ilə YPG arasında münasibətlərin korlanması bölgədəki sabitliyə xələl gətirə bilər”.

 

Cilo, həmçinin Türkiyəyə hücum etməyə hazır olduqlarını da bildirib: “Türkiyə sərhədi keçdiyi təqdirdə şiddətli müqavimətlə qarşılaşacaq. Onları heç bir halda öz torpaqlarımızda istəmirik”.

 

Qeyd edək ki, dünən də PYD açıqlama yararaq Moskva və Dəməşq ilə danışıqlara hazır olduğunu bildirmişdi: “Türkiyənin hücumlarına mane olmaq və boşluğu doldurmaq üçün Dəməşq və ya Rusiya tərəfi ilə danışıqlara gedə bilərik”.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət