Ermənisayağı şücaət və “qrup seks” - Hər şey sərhəddən başladı

Maraqlı

13.02.2024 - 10:18

Yeni miflər, yeni qəhrəmanlar axtarırlar: indi isə bu natamamlıq kompleksinin sublimasiyasının şahidi oluruq

"Hər gün səhər saat doqquzda mən magistrata getməliyəm. Deməyəcəyəm ki, bu, bir şücaətdir, amma ümumiyyətlə, qəhrəmanlıq elementi var!".

Bu məşhur ifadə "Həmin Münxauzen" filmində səslənir. İndi Ermənistanda da oxşar bir şəkildə “şücaət” sözünün unikal şərhini verməyə çalışırlar. Biz nədən danışırıq? Əvvəllər işğal altında olan, lakin 44 günlük müharibə nəticəsində azad edilən Hadrut bölgəsinin kəndlərindən birində yaşayan hansısa Tiqran və Məryəmin (Mariam) evlənmək qərarına gəlməsi faktından.

Deyəcəksiniz ki, burada qeyri-adi nə var? Doğurdan da dünyanın müxtəlif ölkələrində milyonlarla insan hər gün eyni şeyi edir, lakin heç bir pafos və ya bu prosesə “qəhrəmanlıq” xarakteri vermək cəhdi olmadan.

Amma burada toy mərasiminə münasibətin məhz belə iddialı və dəbdəbəli nümunəsi var. Nəticədə erməni mətbuatı Tiqran və Mariamın Ermənistanın Tavuş bölgəsində yerləşən kilsədə evlənmək qərarına gəldiyini yazıb.

Yenə sual yaranır: hə, noolsun?! Ermənistan Respublikası vətəndaşlarının oradakı istənilən kilsədə nikaha daxil olmaq hüququ var. Amma erməni tərəfinin “şücaət” deyilsə, şübhəsiz ki, ən azı “qəhrəmanlıq elementi” saymasının səbəbi ortaya çıxır. Erməni mətbuatının oxucularına bu nikahın birbaşa Ermənistan-Azərbaycan sərhədində baş tutacağı barədə məlumat verilib.

Yenə də “hə, noolsun?” sualı istənilən məntiqli adamda yaranacaq. Amma bu sualı verməkdə səhv edəcək, çünki erməni dünyagörüşünün xüsusiyyətlərini nəzərə almır.

Təxminən otuz ildir öz ordusunun “məğlubedilməzliyinə”, indi Ermənistan Respublikası Milli Məclisinə su butulkaları atan Seyran Ohanyanın adını daşıyan müdafiə xəttinin “keçilməzliyinə” inanan, Herodot, Makedoniyalı İskəndər, Kiçik Plini ilə birbaşa dialoqa girdiklərinə inanan ölkə vətəndaşları bütün bunları itiridklərindən bərk sarsıntı keçirirlər. Onlar yeni miflər, yeni “qəhrəmanlar” axtarırlar. İndi isə, mahiyyət etibarı ilə, bu natamamlıq və boş özündənrazılıq komplekslərinin sublimasiyasının şahidi oluruq.

Bu baxımdan xatırlatmaq yerinə düşər ki, 2008-ci il oktyabrın 16-da Azərbaycanın o vaxtkı işğal olunmuş ərazilərində “Artsax” adlı, son nəticədə iflasa uğramış layihənin tanınmasını artırmaq məqsədi daşıyan açıq təbliğat xarakterli şou nümayiş etdirilmişdi. 700 yeni evlənən cütlüyün kollektiv toyu təşkil edilmişdi. Kollektiv toy keçirmək təşəbbüsü erməni əsilli rusiyalı iş adamı Levon Ayrapetyana məxsus idi.

O, həm də toyun baş sponsoru olub. Yeni evlənən cütlüklərin hər birinə “qızıl kart” şəklində 2500 dollar vəd edilmişdi. Birinci uşaq dünyaya gələndə valideynlər 2 min dollar, ikinci uşaq 3 min dollar, üçüncü 5 min dollar, dördüncü 10 min dollar, beşinci 20 min dollar, altıncı 50 min dollar, yeddinci uşaq dünyaya gələn zaman 100 min dollar alacaqdılar.

Azərbaycanın işğal olunmuş ərazilərində doğum səviyyəsini stimullaşdırmaq üçün bu cazibədar təklifin son nəticədə nə ilə bitdiyini bilmirəm. Yalnız Ayrapetyanın özünün çoxdan öldüyü məlumdur.

Bu “qrup seksindən” 9 ay sonra doğulanlardan hər hansı birinin oğluna və ya qızına Levon və ya Levonessa adını qoyması da məlum deyil. Amma göz qabağındadır ki, onların hamısı artıq Azərbaycanın Qarabağ iqtisadi rayonunu, Şuşa və Xankəndi şəhərlərini tərk ediblər.

Çünki Azərbaycan öz torpağını separatizm çirkabından tamamilə təmizləyib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü nəhayət və dönməz şəkildə bərpa olunub. Ermənilərin indi öz ölkələrinin ərazisində təkbaşına, iki-iki və ya qrup halında nəsə etmələri şəxsi, hətta demək olar ki, intim məsələdir.

Eyni zamanda nikahı tərifləmək cəhdləri yalnız təbəssüm yaradır. Bu yolla böyük və kiçik ehtiyacların öhdəsindən gəlməyin qəhrəmanlaşdırılacağı gün də uzaqda deyil...

Müəllif: Əkbər Həsənov