“Macarıstan Ukraynadakı münaqişənin həllinə diplomatik töhfə verməyə hazırdır”

Dünya

03.06.2026 - 21:45

Peter Madyar: "Biz diplomatik və humanitar yardım göstərə bilərik və Macarıstan da danışıqlar üçün məkan ola bilər",

“Macarıstan Ukraynadakı münaqişənin həllinə diplomatik töhfə verməyə hazırdır və danışıqlar üçün məkana çevrilə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Peter Madyar Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz diplomatik və humanitar yardım göstərə bilərik və Macarıstan da danışıqlar üçün məkan ola bilər", - deyə o bildirib.

Kiyev üçün təhlükəsizlik zəmanətlərinə gəldikdə, Madyar qeyd edib ki, onları yalnız beynəlxalq ictimaiyyət təmin edə bilər: "Macarıstan burada həlledici rol oynaya bilməz. Bu, böyük dövlətlərin səlahiyyətidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş