Pentaqon rəhbəri qadınları admiral rütbəsinə namizəd siyahısından çıxardı

Dünya

02.06.2026 - 22:29

Gələcək "bir ulduzlu admiralların" son siyahısında qadın yox, yalnız iki qaradərili kişinin adı yer alıb

ABŞ müdafiə naziri Pit Heqset üç qaradərili qadının adını kiçik kontr-admiral rütbəsi verilməsi ilə bağllı siyahıdan çıxarıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb. Bildirilib ki, gələcək "bir ulduzlu admiralların" son siyahısında qadın yox, yalnız iki qaradərili kişinin adı yer alıb.

Ümumilikdə, Heqset ona təqdim edilən 22 addan ibarət siyahıdan doqquz namizədin - üç qadın, iki qaradərili kişi və dörd ağdərili kişinin – rütbə yüksəlişinin qarşısını alıb.

Qəzet Pentaqon rəhbərinin qərarını Hərbi Dəniz Qüvvələrində qadınlara və irqi azlıqlara qarşı "qeyri-mütənasib hücum" adlandırıb, çünki birincilər ABŞ Hərbi Dəniz Qüvvələrinin bütün heyətinin 21%-ni, ikincilər isə 38%-ni təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş