İki mindən çox müəllim iş yerini dəyişib

Xəbərlər

03.06.2026 - 00:09

Ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

23-26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib. AYNA.AZ xəbər verir ki, bu barədə MÜTDA-dan bildirilib.

Qeyd olunub ki, müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş