Təlimlərdə Rusiya qüvvələri ilə genişmiqyaslı münaqişəni simulyasiya edilir
Britaniya ordusu Rusiya sərhədi yaxınlığındakı Estoniyanın Võru qraflığında təlim üçün “Challenger 2” döyüş tanklarını yerləşdirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) jurnalı məlumat yayıb.
Tanklar Şotlandiya Kral Alayının 2-ci Batalyonu tərəfindən idarə olunur və NATO-nun "Yaz Fırtınası" hərbi təlimində mərkəzi rol oynayır.
Məlumatda bildirilir ki, bu təlimlərdə Rusiya qüvvələri ilə genişmiqyaslı münaqişəni simulyasiya edilir və döyüş maşınlarının mövcudluğu NATO-nun Rusiyadakı quru qüvvələrinin daha da genişləndirilməsinin bir hissəsidir.
MWM qeyd edir ki, Võru NATO-nun ən həssas əməliyyat sahələrindən biri hesab olunur və NATO ilə Rusiya qüvvələri arasında müharibə baş verəcəyi təqdirdə hərbi əməliyyatların əsas qaynar nöqtələrindən birinə çevrilməsi gözlənilir.
Bu ərazi Estoniyanı Latviya və daha geniş Baltikyanı regionla birləşdirən nəqliyyat marşrutları ilə əlaqələndirilir ki, bu da onu müttəfiq qüvvələrinin gücləndirilməsi üçün vacib edir və həmçinin Pskova yaxındır.