Tramp: “Xameneyi ilə görüşmək istərdim”

Dünya

03.06.2026 - 15:46

“Biz elə bil ki, kifayət qədər yaxşı anlaşırıq”

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Müctəba Xameneyi ilə görüşün baş tutacağını istisna etmir. AYNA.AZ-ın məlumatına görə, ABŞ lideri “The New York Post”a müsahibəsində deyib ki, tərəflər arasında müəyyən dialoq mövcuddur.

Onun sözlərinə görə, Xameneyi İran-ABŞ danışıqlarında iştirak edir: “Onun icazə verdiyini deyirlər, çünki bu, çox uzun müddətdir belə olub. Biz elə bil ki, kifayət qədər yaxşı anlaşırıq”.

“Bəli, onunla görüşmək istərdim. Hər kəslə görüşmək istərdim. Onunla görüşmək istərdim və yəqin ki, bir vaxt görüşəcəyik. Məsələ hər şeyin necə gedəcəyindən asılı olaraq”, - Tramp görüş ehtimalı barədə suala cavabında deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş