Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb

Dünya

29.05.2026 - 10:02

Hadisə nəticəsindəı iki nəfər xəsarət alıb: təxminən 70 sakin binadan təxliyə edilib

Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.

Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.

Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.

Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş