"Heç kim danışıqların hara aparacağını bilmir"
“ABŞ-ın İranla danışıqları fasiləsiz davam edir". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp çərşənbə axşamı, 2 iyun tarixində İran və ABŞ-ın bir neçə gün əvvəl danışıqları dayandırdığı barədə xəbərlərin "həqiqətə uyğun deyil və yalan" olduğunu bildirib.
“Danışıqlarımız davamlı olaraq davam edir: dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, bir gün əvvəl və bu gün”, - deyə o bildirib.
Amerika lideri qeyd edib ki, "heç kim danışıqların hara aparacağını bilmir".
"Amma İrana dediyim kimi: 'bu və ya digər şəkildə razılığa gəlməyin vaxtı gəlib çatıb. Siz bunu 47 ildir edirsiniz və bu, artıq davam edə bilməz!'", deyə Tramp əlavə edib.