Artıq 3650-dən çox ukraynalı döyüşçüyə əsas piyada bacarıqları, taktikaları və komandanlıq prinsipləri üzrə təlim keçilib
Avstraliya Müdafiə Qüvvələri Kiyevə davamlı dəstəyinin bir hissəsi olaraq Polşada Ukrayna əsgərlərinin təlimində iştirak edəcəklər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles deyib.
"Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyəti Avstraliyanın Ukraynanın müdafiəsini dəstəkləmək üzrə davam edən öhdəliyinin bir hissəsi olaraq Polşada ukraynalı əsgərlərə təlim keçəcək", - nazir qeyd edib.
Marlesin sözlərinə görə, “Kudu” əməliyyatı çərçivəsində ölkənin hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin (USQ) 3650-dən çox döyüşçüsünə əsas piyada bacarıqları, taktikaları və komandanlıq prinsipləri üzrə təlim keçiblər.
Qeyd edib ki, 2023-cü ilin yanvar ayından etibarən “Kudu” əməliyyatı Böyük Britaniyanın rəhbərlik etdiyi “İnterfleks” missiyası ilə əməkdaşlıq edir. Bu iş Norveçin rəhbərlik etdiyi “Legio” əməliyyatının bir hissəsi olaraq davam etdiriləcək.