İran Küveyt aeroportuna zərbə endirib: 1 nəfər ölüb

Dünya

03.06.2026 - 13:28

Bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib

İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib. Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.

Ölkənin Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.

Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var. Hücum nəticəsində bir nəfər ölüb.

Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş