Kim harda yaşamaq istər?

Maraqlı

18.01.2024 - 22:07

“World of Statistics”dən götürmüşəm bu maraqlı faktı.

Oturub tək-tək incələdim, incələdikcə heyrətləndim, bəzi seçimlərə isə təəccübləndim.

Məsələn, nə üçün doğulduğu andan etibarən gecə-gündüz, durmadan, usanmadan Amerika və amerikalılara olmazın təhqirini edən, ağıza alınmayacaq söyüşlər söyən, nüvə silahı ilə hədələyən ruslar ABŞ-a köçmək istəsinlər?

Nə üçün rifah səviyyəsinə görə Dünyanın ən mürəffəh xalqı olan hollandlar İspaniyaya üz tutmaq istəsinlər?

Nə üçün İspaniya yaşamaq üçün bu qədər arzu olunan ölkədir? Nədir bunun sirri?

Nədən Kanada bu qədər istənilən ölkə olduğu halda kanadalılar özləri Yaponiyanı, yaponlar İngiltərəni, ingilislər isə fransızları sevmədikləri halda Kanadanı xəyal etsinlər?...

Bu sualları uzatmaq da olar. Ancaq razılaşın ki, sualların çoxu ritorikdir, bir neçə faktoru diqqətə alaraq onları cavablamaq üçün xüsusi araşdırmaya ehtiyac yoxdur.

Buna sözüm yoxdur.

Mənim üçün müəmma rusların tərcihidir, anlamadığım şey onların heç bir qəlibə sığmayan korşalmış dar məntiqləridir. 

Sizcə, sorğuda azərbaycanlılar da iştirak etsəydilər, hansı ölkəni seçərdilər?...

amerikalılar -> Yaponiya 

ruslar -> ABŞ 

meksikanlar -> Kanada

braziliyalılar -> Portuqaliya

portuqallar -> Niderland

hollandlar -> İspaniya

ispanlar -> Franca 

fransızlar -> Kanada 

kanadalılar -> Yaponiya 

yaponlar -> İngilətərə 

indoneziyalılar -> Yaponiya 

taylar -> Yaponiya 

ingilislər -> Kanada

argentinalılar -> İspaniya

çililər -> İspaniya 

perulular -> İspaniya

kolumbiyalılar -> İspaniya

ekvadorlular -> İspaniya

hindlilər -> Kanada 

pakistanlılar -> Kanada 

türklər -> Almaniya 

ukraynalılar -> Polşa 

polyaklar -> Almaniya 

almanlar -> İsveçrə 

norveçlilər -> ABŞ 

isveçlilər -> İspaniya

finlandlar -> İspaniya 

belçikalılar -> Kanada 

irlandlar -> Kanada 

italyanlar -> İsveçrə

yunanlar -> Almaniya 

səudiyyəlilər -> Qatar 

qatarlılar -> Kanada 

misirlilər -> Oman 

cənubi afrikalılar -> Kanada 

nigeriyalılar -> Kanada

Müəllif: İbrahim Nəbioğlu