Qadının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb
Cəlilabad rayonunda qadının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.
Məlumata əsasən, Anarın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.
Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub.
Bildirilib ki, hadisə Səidə Cəfərovanın iki azyaşlı övladını uşaq bağçasına aparmaq üçün evdən çıxdıqdan sonra baş verib.
Qətli törətməkdə şübhəli bilinən yeniyetmə hadisədən sonra ərazidən uzaqlaşıb.
Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.