Marko Rubio: “Aydın olsun ki, Ermənistanın suverenliyini pozmaq niyyətimiz yoxdur”
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Cənubi Qafqazda Amerikanın mövcudluğunun güclənməsinə mənfi münasibət bəslədiyini bəyan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, dövlət katibi Kapitolidə keçirilən dinləmədə deyib ki, Moskva Vaşinqtonun region ölkələri ilə intensiv qarşılıqlı əlaqəmidən məmnun deyil.
Rubionun sözlərinə görə, Vaşinqton və İrəvan arasında artan əməkdaşlıq fonunda Moskvanın Ermənistandakı mövcud hökumətin seçkilərdə uduzmasını üstün tutacağına inanmaq üçün əsas var.
O ABŞ-ın Ermənistanın suverenliyini pozmaq niyyətində olmadığını və onun xarici siyasət qərarlarına müdaxilə etmədiyini vurğulayıb.
“Aydın olsun ki, Ermənistanın suverenliyini pozmaq niyyətimiz yoxdur. Onlardan digər ölkələrlə dost olmamalarını istəmirik. Sadəcə sülh vacibdir, amma bu, yalnız başlanğıcdır”, - deyə Rubio bildirib.