Artıq işlərimizi bu robotlar görəcək

Maraqlı

22.07.2019 - 20:32

“Boston Dynamics” şirkəti bir neçə il öncə təqdim etdiyi robotların satışına başlayır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, məşhur texnologiya şirkəti qaçan, tullanan, əşyaları daşıya bilən robotlarlar hazırlayıb.

 

Şirkət robotların kütləvi istehsalına başlayacığını bildirsə də bu haqqda ətraflı məlumat verməyib. Lakin ilkin olaraq “SpotMini” adlı itə bənzər robotların satışa çıxarılacağı bildirilir. Bu robotlar çevikliyi, elastik hərəkət edə bilməsi və bir çox fiziki iş görə bilməsi ilə digər robotlardan fərqlənir.

 

“SpotMini” robotlarının il ərzində 100 ədəd istehsal ediləcəyi proqnozlaşdırılır.

Müəllif: Ayna.az