Bakıda avtomobil yanıb

Hadisə

03.06.2026 - 17:23

Əraziyə FHN qüvvələri cəlb olunub

Bakıda avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Changan” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş