Britaniyada koronavirusdan daha 186 nəfər ölüb

Dünya

27.06.2020 - 01:28

Koronavirus can almaqda davam edir 

 

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 186 nəfər dünyasını dəyişib, 1006 nəfər yeni yoluxma qeydə alınıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamentinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, ölkə üzrə ölənlərin ümumi sayı 43414, yoluxma hallarının sayı isə 309360-a çatıb.

Müəllif: Ayna.az