Buzlaqların əriməsi yeni adaların ortaya çıxmasına səbəb olub
Arktik okeanın Barents dənizindəki buzlaqların əriməsi nəticəsində dənizdə 5 yeni ada aşkarlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyi və mütəxəssilər Arktik okeanın Rusiyaya düşən hissəsində apardıqları araşdırmalardan sonra bu qərara gəliblər.
Adalara 44 gün ərzində ekspedisiya təşkil edən komanda, həm okeanın dərinliyini ölçüb, həm də bölgədəki arxipelaqların sayı ilə bağlı araşdırmalar aparıb.
Aparılan araşdırmalar nəticəsində, 191 adanın yer aldığı dənizdə daha 5 adanın olduğu müəyyən edilib.
Rusiya Müdafiə nazirliyi araşdırmalardan sonra verdiyi açıqlamada kəşf olunan adaların buzlaqların əriməsi ilə bağlı olduğunu söyləyib.