3 nəfər mühafizə polisi yaralanıb
Türkiyənin Şırnak şəhərində, Cizrə qəsəbəsində terror hadisəsi baş verib. Hadisədə PKK terror təşkilatının mənsublarının üsuli ilə əldə hazırlanmış bombalardan istifadə olunub.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cizrə qəsəbəsinin mərkəzi Cumhuriyyət Meydanında zibil qutusuna uzaqdan idarə edilə bilən əldə hazırlanmış partlayıcı qoyulub. Hadisədən vaxtında xəbər tutan polis partlamanın qarşısını ala bilib. Buna baxmayaraq, hadisənin ilkin əlamətlərində 3 nəfər mühafizə polisi yaralanıb.
Yaralanan mühafizə polisləri xəstəxanaya çatdırılıb. Terrorçuların yaxalanması üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.