Ərdoğan Trampla görüşəcəyi tarixi açıqladı

Dünya

07.09.2019 - 22:38

"Onların müharibə aparacağı yeganə ölkə Türkiyədir"

 

“Bir neçə gün əvvəl qeyd etdiyim kimi, Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlar üçün Avropanın qapılarını açmaqdan başqa çarəmiz qalmayacaq”. 

 

AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Eskişəhər təşkilatında çıxışı zamanı deyib.

 

Türkiyə Prezidenti bildirib ki, ABŞ tərəfindən Suriyanın şimalına PYD/YPG terror təşkilatına yük avtomobilləri ilə silah-sursat göndərilir: “Bu yük avtomobillərinin sayı 30 mindən çoxdur. PYD/YPG terror təşkilatı kiminlə müharibə aparacaq?! Onların müharibə aparacağı yeganə ölkə Türkiyədir. Biz buna səssiz qala bilmərik”.

 

Ərdoğan bu ay keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcəyini vurğulayıb.  

Müəllif: Ayna.az