Bir çox insan ağır bədən xəsarətləri alıb
Suriyanın Afrin şəhərində növbəti dəfə terror hadisəsi baş verirb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Afrində baş verən terror aktı 13 nəfərin ölümünə səbəb olub.
Yanğınsöndürənlər partlayışdan sonra yanğına müdaxilə etsələr də, bir çox insan ağır bədən xəsarətləri alıb. Lakin hadisə yerinə cəlb olunan təcili yardım xidməti yaralıları xəstəxanalara çatdırmağa müvəffəq olub.
İlkin ehtimallara görə, əraziyə baxış keçirən yerli təhlükəsizlik qüvvələri hadisənin PKK və YPG terror təşkilatları tərəfindən təşkil olunduğunu bildiriblər.
Qeyd edək ki, yaxın günlərdə də Afrin şəhərinin mərkəzində terror hadisəsi baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdı.