Braziliyada koronavirusdan ölənlərin sayı 88 mini keçib

Dünya

29.07.2020 - 07:45

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək ölkədə ümumilikdə 2 483 191 nəfər koronavirusa yoluxub

 

Braziliyada koronavirus (COVID-19) infeksiyasına 40 816 yeni yoluxma faktı qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Ötən gün ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  921 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 2 483 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 721 560 nəfər müalicə olunaraq sağalıb, 88 539  nəfər vəfat edib.

 

Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş