İsrail əsgərləri fələstinlilərə qarşı əməliyyat keçiriblər

Dünya

25.07.2019 - 14:56

Əməliyyatlar zamanı 16 Fələstin vətəndaşı terror törətmək ittihamı ilə tutulub

 

İsrail əsgərləri Qərbi Şəriada 16 fələstinlini həbs edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Şərianın müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı 16 Fələstin vətəndaşı terror törətmək ittihamı ilə tutulub. Onlar hazırda polis idarəsində saxlanılırlar.

 

Qeyd edək ki, Qərbi Şəria və Şərqi Qüdsdə, aralarında azyaşlı uşaqların da olduğu xeyli sayda Fələstin vətəndaş İsrail həbsxanalarında saxlanılır.

Müəllif: Ayna.az