Qonşu ölkədə ciddi dəyişikliklər baş verir

Dünya

03.09.2019 - 11:53

Baş Nazir postuna yeni namizədin adı açıqlanıb

 

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş Naziri Mamuka Baxtadze dünən istefa verib. AYNA gürcü mətbuatına istinadən xəbər verir ki, Baş Nazir postuna artıq yeni namizədin adı da açıqlanıb.

 

Belə ki, hakim partiya olan “Gürcü arzusu-Demokratik Gürcüstan” Baş Nazir postuna hazırkı Daxili İşlər naziri Giorgi Qaxarianın namizədliyini irəli sürüb. Partiya lideri Bidzina İvanişvili bununla bağlı “Gürcü arzusu”nun Siyasi Şurası ilə də görüşdüyünü deyib.

 

“Mənə verilən dəstəyə görə partiyanın hər bir üzvünə təşəkkür edirəm. Həm də sələfim Mamuka Baxtadzeyə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm”, - deyə Giorgi Qaxaria Şuradakı çıxışında bildirib.

 

O, hökumətin tərkibində cüzi dəyişikliklər olacağını vurğulayıb: “Vaxtanaq Qomelari Daxili İşlər naziri, İraq Qaribaşvili isə Müdafiə naziri vəifəsini icra edəcək. İndiki Müdafiə naziri Levan İzoriya isə Gürcüstan Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu dəyişikliklər siyasi komanadamızı daha da gücləndirəcək”.

Müəllif: Ayna.az