Migel Dias-Kanel Bermudes Kubanın prezidenti seçilib

Dünya

10.10.2019 - 23:12

Səsvermədə Xalq Hakimiyyəti Milli Məclisinin 605 deputatından 575-i iştirak edib

 

Kubanın Xalq Hakimiyyəti Milli Məclisi bu ilin fevralında keçirilmiş referendumda qəbul edilmiş yeni konstitusiyaya uyğun olaraq keçirdiyi növbədənkənar yığınacaqda ölkə prezidentini seçib.

 

AYNA "Report"a istinadən bildirir ki, səsvermədə Xalq Hakimiyyəti Milli Məclisinin 605 deputatından 575-i iştirak edib.

 

Səsvermənin yekun nəticəsinə əsasən Kuba Parlamentinin üzvləri Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesi prezident seçib.

 

Xalq Hakimiyyəti Milli Məclisinin spikeri olmuş Estoban Laso Ernandes isə Dövlət Şurasının və Nazirlər Şurasının Sədri təyin edilib.

 

Qeyd edək ki, fevralın 24-də keçirilmiş referendumda 6,81 milyondan çox kubalı - ölkə əhalisinin səsvermə hüququ olan 73,3 faizi yeni konstitusiyaya səs veriblər.

 

Müəllif: Ayna.az