16 saat davam edən danışıqlara ara verilib
Avropa İttifaqı (Aİ) koronavirus böhranından xilas olmaq paketi üzərində danışıqlar aparır. AYNA xarici mediaya əsasən xəbər verir ki, beynəlxalq təşkilata üzv ölkələr arasında baş verən anlaşılmazlıq dəstək paketlərin müzakirəsini ləngidir.
Bu səbəbdən Aİ-nin koronavirus pandemiyasından təsirlənən cənub ölkələrinə necə kömək etmək barədə danışıqlarına 16 saatdan sonra ara verilib.
Hələlik Avropa Mərkəzi Bankı böhrandan çıxmaq üçün ölkələrin 1,5 trilyon avro (1,6 trilyon dollar) qədər ehtiyacı ola biləcəyini söyləyir. Bu mənada Avropa maliyyə nazirləri razılaşmaya yaxın olublar. Lakin danışıqlar, İtaliya və Hollandiya arasında bərpa fondunun necə tətbiq olunması ilə bağlı yaranan mübahisə fonunda pozulub. Danışıqlarlar cümə axşamı günü davam edəcək.
Bu arada koronavirus pandemiyasının böyük böhranını yaşayan İtaliya və İspaniya hiddətlənib. Bu ölkələr şimal qonşularını - Almaniya və Hollandiyanın rəhbərliyini kifayət qədər tədbirlər görməməkdə və bütün Avropada uçurumu fərq etməməkdə təqsirləndirir.