Cozef Aun: "Onlar Livandan ABŞ ilə danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edirlər”
Abbas Əraqçi: : "Livanı əsl düşmənindən xilas edin"
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə sülh danışıqlarında Livandan istifadə etdiyini təkzib edib. AYNA.AZ xəbər verir ki, nazir “X” sosial media platformasında yazıb: "Əgər Livan İran üçün sövdələşmə vasitəsi olsaydı, çoxdan razılığa gələrdik".
Livan Prezidenti Cozef Aun bir neçə İran siyasi qüvvəsini ABŞ ilə danışıqlarda ölkəsindən sövdələşmə vasitəsi kimi istifadə etməkdə günahlandırıb.
Aun CNN-ə verdiyi müsahibədə deyib: "Onlar Livandan ABŞ ilə danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edirlər. Bu, qəbuledilməzdir".
O həmçinin ABŞ və İran arasında atəşkəs müqaviləsinin bir hissəsi olaraq İsrail qüvvələrinin Livandan çıxarılmasını tələb edən İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) tənqid edib. O SEPAH-a müraciətində deyib: "Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir".
Aunun sözlərinə görə, Livan xalqı İsrail və “Hizbullah” arasındakı müharibədən "bezib".
O İrana müraciət edərək deyib: "Siz bizə kömək etməyə çalışmırsınız. Livan xalqı bunun bədəlini ödəyir - sizin öz maraqlarınız naminə".
"Bizim maraqlarımız sizin maraqlarınızla üst-üstə düşmür", - deyə Livan Prezidenti vurğulayıb.
Livan Prezidentinin açıqlamalarına cavab olaraq Əraqçi bildirib ki, Aunun şərhlərinə əsasən, İranın Livanın beşdə birini işğal etdiyini, əhalinin dörddə birini evlərindən qaçmağa məcbur etdiyini və ölkəni hər gün bombaladığını düşünmək olar”.
İran xarici işlər naziri Livan Prezidentinə müraciət edərək deyib: "Livanı əsl düşmənindən xilas edin".