Ərdoğan Trampla danışıb: Suriyadakı vəziyyəti müzakirə ediblər

Dünya

29.08.2019 - 04:34

İdlib vilayətində dinc əhalinin müdafiəsi məsələsində razılığa gəliblər

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.


Qeyd edilir ki, dövlət başçıları Suriyada baş verən son hadisələrimüzakirə ediblər. İki ölkənin liderləri Suriyanın İdlib vilayətində dinc əhalinin müdafiəsi məsələsində razılığa gəliblər. 


Onlar həmçinin yeni humanitar böhrana yol verməmək üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqların gedişatında ikitərəfli əlaqələrə də toxunublar.

Müəllif: Ayna.az