Binədə mağazada yanğın olub - VİDEO

Hadisə

06.06.2026 - 19:24

Mağazanın yanar konstruksiyaları yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş