Tramp: “Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq”

Dünya

08.06.2026 - 10:18

“Onun başqa seçimi olmayacaq, çünki bütün qərarları mən verirəm, o yox”

“İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında əldə ediləcək istənilən razılaşmanı qəbul etməli olacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Onun başqa seçimi olmayacaq, çünki bütün qərarları mən verirəm, o yox”, – deyə ABŞ lideri qeyd edib.

Tramp həmçinin bildirib ki, İranın İsrailə raket hücumları Vaşinqtonun Tehranla diplomatik həll yolu axtarmaq niyyətinə təsir göstərməyib: “Bu, razılaşmaya heç bir şəkildə təsir etməyəcək. Həmin hücumlar uğurlu olmadı”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş