Paşinyanın “Mülki Müqavilə” Partiyası öndədir
Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə parlament seçkilərinin nəticələri 2006 seçki məntəqəsindən yalnız 1296-sı üzrə açıqlanıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd edilib ki, bülletenlərin 55,95 faizi emal olunub. İlkin nəticələrə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 414 min 608 səs və ya 50,86 faizlə liderdir.
İkinci yerdə 189 min 50 səslə və ya 23,19 faiz nəticə ilə “Güclü Ermənistan” bloku qərarlaşıb.
Üçüncü yeri 78 min 275 səslə və ya 9,6 faiz nəticə göstərən “Ermənistan” bloku tutur.
Dördüncü yerdə 33 min 417 səslə və ya 4,1 faiz nəticə əldə edən “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb.