ABŞ və Kanadada stadionlara 20 unsiya yumşaq plastik su şüşəsi gətirməyə icazə veriləcək
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Çempionatı zamanı stadionlarda plastik su şüşələrinin istifadəsinə icazə verib.
AYNA.AZ xəbər verir ki, bu barədə FİFA-nın sosial media hesabında elan yerləşdirilib: “Bütün azarkeşlərə ABŞ və Kanadada keçiriləcək bütün Dünya Çempionatı oyunlarına qapaqlı, 20 unsiya (590 ml) yumşaq plastik su şüşəsi gətirməyə icazə veriləcək".
FIFA-nın baş əməliyyat direktoru Heimo Şirqi deyib ki, bu ölçülü adi su şüşələri tribunalara buraxılacaq, lakin sərt plastik və təkrar istifadə edilə bilən şüşələr qadağan ediləcək.
Açıqlamada Meksikadakı oyunlarda hansı qaydaların tətbiq olunacağı göstərilməyib.
“Bloomberg” Şirqiyə istinadən bildirib ki, bu cür qaydaların tətbiqindən əvvəl ölkədə "müəyyən hüquqi məsələlər" həll olunmalıdır.
Dünya Çempionatının başlamasından bir həftə əvvəl, 4 iyunda FIFA stadion qaydalarını yeniləyərək boş plastik şüşələri qadağan edib. Təşkilat səbəb kimi, təhlükəsizlik narahatlıqlarını qeyd edib. Bu qərar azarkeşlər, idman rəsmiləri, elm adamları və siyasətçilər tərəfindən tənqid edilib. Bildirilib ki, isti havada insanları tribunada susuz qoymaq yolverilməzdir.