“Mənə məruzə edilib ki, həmin sədrlər və katib gecə saatlarında saxlanılıblar"
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisinin başlanmasından əvvəlki gecə iki seçki komissiyası sədrinin və katibinin saxlanılması barədə məlumat yayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə MSK sədri Vaaqn Ovakimyan mətbuat konfransında deyib.
"Mən bilirəm ki, seçki məntəqələrində iki sədrin və katibin yoxluğu cinayət-hüquqi proseslərlə bağlıdır. Mənə məruzə edilib ki, həmin sədrlər və katib gecə saatlarında saxlanılıblar", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkisi keçirilir. Seçkidə 18 siyasi qüvvə - Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası, həmçinin Robert Koçaryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku da daxil olmaqla, 16 partiya və iki partiya bloku iştirak edir.