İsrail ordusunun hərbi baza və maşınları raket atəşinə tutulub

Dünya

01.09.2019 - 20:59

İsrail ordusunun rəsmi saytı məlumat yayıb

 

Bu gün yerli vaxtla saat 16:20 radələrində İsrail Ordusunun Livanla sərhəddəki hərbi baza və hərbi maşınları tank əleyhinə raketlərdən atəşə tutulub. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat İsrail Ordusunun rəsmi saytında yerləşdirilib.

 

Raketlər "bəzi hədəflər"i vurub. İsrail ordusu Livanın cənubundakı hədəflərə cavab atəşi açıb. İsrail hərbçiləri Livanla sərhəddəki sakinləri öz evlərini tərk etməməyə də çağırıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə