Perunun prezidenti ölkədən qaçıb

Dünya

17.07.2019 - 19:46

Perunun keçmiş Prezidenti Alexandro Toledo 2017-ci ildə barəsində çıxarılan 18 aylıq həbs qərarından sonra ölkədən qaçıb.

 

Sabiq Prezident ötən gün ABŞ-da həbs olunub. AYNA xəbər verir ki, Toledo, 2001-2006-cı illərdə Prezidentlik dövründə biznesmen dostu Cozef Maiman vasitəsiylə ölkədəki yolların böyük hissəsinin təmiri üçün planlaşdırılan layihəni “Odebrecht” şirkətinə 20 milyon dollar rüşvət qarşılığında satmaqla ittiham olunur.

 

Qeyd edək ki, “Odebrecht” şirkətindən rüşvət almaqda təqsirləndirilən digər sabiq Prezident Alan Qarsiya bu ilin aprel ayında intihar edib.

Müəllif: Ayna.az