Sabahın hava proqnozu

Xəbərlər

07.06.2026 - 19:10

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 17-19, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 16-19, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19, bəzi yerlərdə 21-26 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş